Milli Məclisin üzvü Vahid Əhmədov: “ ABŞ prezidenti heç vaxt “erməni genosidi” ifadəsini işlətməyəcək”

SONY DSC“Cənubi Qafqazdakı problemlərin hamısının mərkəzində Ermənistan var”. Bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “A Haber”ə xarici siyasətdə baş verən son hadisələrlə bağlı müsahibəsində deyib. O bildirib ki, Ermənistanın uydurma “soyqırım”ın tanıdılması üçün hökumətlərə və parlamentlərə təsir etmək istiqamətində səyləri artıb: “Biz dostluq qurmaq üçün əlimizi uzadırıq, ancaq çirkin şəkildə geri qaytarırlar. Bütün qonşuları ilə problemləri olan ölkə güzgüyə baxmalıdır”.
Nazir Türkiyədə bütün qeyri-müsəlman millətlərin, o cümlədən ermənilərin vaxtilə dövlət tərəfindən müsadirə olunmuş mülklərinin geri qaytarıldığını, kilsələrin təmir edildiyini söyləyib. Onun sözlərinə görə, Ermənistan populist yanaşma sərgiləməkdə davam edir: “Türkiyə Ermənistanın cəhdləri qarşılığında siyasi, mədəni və diplomatik sahələrdə tədbirlər görüb. Biz 24 aprel tarixində Çanaqqala müharibəsinin anma mərasimində bütün dünyaya dostluq və sülh mesajı verəcəyik”.
M. Çavuşoğlu ABŞ prezidentinin 24 aprel tarixində əvvəlki çıxışlarına bənzər çıxış edəcəyini düşündüyünü, əvvəlkilərdən fərqli açıqlama verərsə, bunun əlaqələrə mənfi təsir edəcəyini vurğulayıb. ( APA )
Milli Məclisin üzvü Vahid Əhmədov qafqaznews.org –a bildiirb ki: “ Mən heç vaxt ABŞ prezidentinin uydurma erməni genosidi ilə bağlı açıqlamasını eşitməmişəm. Çavuşoğlu uzun müddət Avropada çalışıb, görünür onda müəyyən narahatçılıq var”.
Vahid Əhmədov xatırladıb ki, uydurma erməni genosidinin 100 illiyi ilə yanaşı, eynu zamanda Çanaqqala döyüşünün yubileyi də qeyd olunur.
İqtisadçı inanmır ki, ABŞ prezidenti “erməni genosidi” ifadəsini işlədə bilər: “ Türkiyə və ABŞ NATO-da müttəfiqdirlər. Bu gün NATO səviyyəsində başqa hərbi ittifaq yoxdur. Ona görə hesab edirəm ki, ABŞ prezidenti “erməni genosidi” ifadəsini işlətməyəcək.

R.Həsənoğlu

Qafqaz Xəbər Agentliyi (qafqaznews.org)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR