Mingəçevirdəki dəhşətli qəzadan görüntülər – VİDEO 18+

225515Bu gün Mingəçevirdə baş verən dəhşətli yol qəzasının videosu yayılıb. Hadisə yerindən çəkilən videoda göründüyü kimi qəza zamanı “Daewoo” markalı sərnişin avtobusu aşıb. Hadisə zamanı avtobusla toqquşan VAZ 2108 markalı minik maşını da əzilib.
Mingəçevir rayon polis şöbəsindən anspress-ə verilən məlumata görə, Mingəçevir avtovağzalı yaxınlığında 8 nömrəli sərnişin avtobusu yüksək sürətlə hərəkət edərkən minik maşınına çırpılıb. Qəza zamanı 3 nəfər ölüb, 12 nəfər yaralanıb.
Artıq qəzada vəfat edən və yaralıların kimlikləri məlum olub. Mərkəzi Rayon Xəstəxanasından verilən məlumata görə, qəzada dünyasını dəyişən və yaralananlar aşağıdakılardır:
Dünyasını dəyişənlər:
Telman Savalan oğlu Qəmbərov – 1955-ci il
Asif Əli oğlu Həsənov – 1944-cü il
Turan Ehtiram oğlu Abbasov – 1993-cü il
Qəza zamanı yaralananlar:
Rüstəm Rüslan oğlu Mustafayev – 2000-ci il
Tahir Fəqan oğlu Səlimov – 1957-ci il
Süleyman Rəsul oğlu Alahverdiyev – 1997-ci il
İbrahim Çərkəz oğlu Hacılı – 1993-cü il
Səxavət Məhərrəm oğlu Cəfərov – 1984-cü il
Elgün Cəmil oğlu Qasımov – 1993-cü il
Rəsmiyyə Murad qızı Əzizova – 1970-ci il
Allahverdi Xalis oğlu Quliyev – 2004-cü il
Səmərrux Ələkbər qızı İsmayılova – 1975-ci il
Xədicə Xalis qızı Quliyeva – 1997-ci il
Afət Allahverdi qızı Quliyeva – 1970-ci il
Bəsti Abdulrəhman qızı Süleymanova – 1972-ci il
Məhbubə İsmət qızı Muradova – 1961-ci il
Arifə Ramiz qızı Xəlilova – 1977-ci il
Roza Telman qızı Abdullayev – 1955-ci il
Elton Ceyhun oğlu Tahirov – 1998-ci il
Yaralıların bəziləri isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR