Misirin paytaxtı köçürülür

86914_res_01Misir höküməti ölkə paytaxtını Qahirədən 45 kilometr şərqdə yerləşəcək yeni şəhərə köçürmək niyyətindədir.

“Report”-un məlumatına görə, layihəni ictimaiyyətə açıqlayan Misir hökümətinin üzvü Mustafa Madbuli bildirib ki, yeni şəhər ölkənin əsas ticarət arteriyası hesab olunan Süveyş kanalına Qahirədən daha yaxın olacaq.

“Hazırda Qahirədə 20 milyona yaxın insan yaşayır. Proqnozlara görə, bu rəqəm 40 ildən sonra iki dəfə artacaq. Bunu nəzərə alaraq dövlət idarəetmə sistemini rahatladacaq alternativ paytaxtın tikintisini planlaşdırmışıq”, – deyən nazirin sözlərinə görə, yeni şəhərin tikintisi təxminən 45 milyard dollara başa gələcək, inşası isə 7 il davam edəcək.

“Bütün nazirliklər yeni paytaxta köçürüləcək. Yeni şəhərin ərazisi Sinqapur qədər olacaq, əhalisi isə 5 milyon nəfərə çatacaq”, – deyə M.Madbuli əlavə edib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR