Moskvada varlıların qənimi olan qorxunc banda ələ keçdi – VİDEO

52306Moskvada cinayətkar dəstə 10 iş adamını oğurlayıb.

ANS PRESS-in məlumatına görə, cinayətkar dəstə biznesmenləri avtomobillə təqib etdikdən sonra onları oğurlayırmış.

İstintaqın gedişində məlum olub ki, həmin cinayətkarlar varlı iş adamlarını məcburi şəkildə meşəyə apararaq qarət edirmiş. Polis əməkdaşları fevral ayında cinayətkarlardan 4-nü müəyyən ediblər. Məlum olub ki, cinayətkar dəstənin bütün üzvləri əvvəllər anoloji əməllərinə görə mühakimə ediliblər.

Hüquq mühafizə orqanlarından bildirilib ki, həmin cinayətkar dəstə əvvəlcə özlərinə qurban seçir və bir neçə gün onu güdürlərmiş. Daha sonra qəsdən qəza vəziyyəti yaradan cinayətkarlar zərərçəkmiş qismində iş adamının avtomobilinə əyləşirdilər. Bundan sonra meşə ərazisinə gətirilən qurbanlardan işgəncələrlə pul alınırdı.

Bir neçə iş adamı işgəncələrdən o qədər qorxub ki, dindirilmə zamanı şübhəlilər barədə hər hansı ifadə verməkdən imtina edib. Yalnız biri iş adamı ona zərər dəydiyi barədə polisə müraciət edib.

Qeyd edək ki, artıq faktla bağlı cinayət işi açılıb və hazırda araşdırma aparılır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR