Müğənni Tacir Şahmaroğlu efirdə əlbəyaxa oldu – VİDEO

1427271925_99Bu gün “Space” telekanalında aparıcı Xəyalə Quliyevanın təqdimatında yayımlanan “Gülə gülə” verilişində maraqlı anlar yaşanacaq. Lent.az-ın məlumatına görə, hər həftənin 3-cü günü, saat 21:30-da yayımlanan proqram zamanı tanınmışlara məzəli suallar veriləcək. Bu dəfə hədə tanınmış müğənni Tacir Şahmaroğlu olub. O, proqram zamanı verilişin əməkdaşı ilə əlbəyaxaya çıxıb. Bütün bunlar isə anbaan lentə alınıb.

Onu da əlavə edək ki, layihədə sadə vətəndaşlarla məzəli zarafatlar edilir. Bütün yaşananlar gizli kameralarla lentə alınır.

Xatırladaq ki, verilişin ideya müəllifi və aparıcısı Xəyalə Quliyeva, rejissoru, layihə rəhbəri Ramiz Alışovdur.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR