Nazim Hikmətlə “Qız qülləsi”ni nə bağlayır?

87705_res_01Türkiyədəki “Qız qülləsi” ilə bağlı müxtəlif hekayələr və rəvayətlər var.

Virtualaz.org saytı xəbər verir ki, “Qız qülləsi” müxtəlif vaxtlarda ticarət gəmilərindən vergi toplamaq üçün, müdafiə məqsədi ilə, eləcə də karantin xəstəxanası və radio stansiyası kimi fəaliyyət göstərib.

“Qız qülləsi”nın şair Nazim Hikmətlə də əlaqəsi var. Bu qız qalası Nazim Hikmətin həyatında da mühim yer tutur. Bəs, bu əlaqə nədir?

Sualın cavabı: 1827-ci ildə Almaniyanın Brandenburq şəhərində Karl adında bir uşaq dünyaya gəlir. Atası musiqi müəllimi olan Karl, ailə daxilində olan problemlərə görə kimsəsiz uşaqların yaşadığı sığınacağa verilir.

Daha sonra ticarət gəmilərində işləməyə başlayır. Bir gün Hamburqdan İstanbula gələn gəmidə olan Karl dənizə tullanır. O zaman 12 yaşı olan Karl “Qız qülləsi”na yaxın yerdə suya tullanır və qalaya qaçır.87706_src

Karl onu xilas edən qala nəzarətçisinə gəmiyə qayıtmaq istəmədiyini deyir.

Bundan almanlar da xəbər tutur. Karla görə iki ölkə arasında poblem yaşanır. O zamanı Osmanlı sədrəzəmi olan Ali Paşa bu problemi həll edərək Karlı öz himayəsinə götürür.

Karl Mehmet Ali adını alır. Mehmet Ali II Abdülhamid zamanında paşa rütbəsinə layiq görülür. Mehmet Ali Paşa, 1878-ci ildə imzalanan Berlin müqaviləsində Osmanlı İmperiyasını təmsil edən üç nəfərdən biri olub. Alman, fransız, yunan, fars ve ərəb dillərində şeirlər yazan Mehmet Ali Paşanın 4 qızı olur. Paşanın Leyla adındakı qızının da Cəlilə adlı bir qızı olur.

Cəlilə bir oğlan uşağı dünyaya gətirir. Bu uşaq şair Nazim Hikmət olur…

Virtualaz.org

P.S: Bu yazı türkiyəli araşdırmaçı jurnalist Şükrü Sunay Akının Nazim Hikmətlə bağlı araşdırma yazısı əsasında hazırlanıb.

87707_src 87708_src

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR