Nazir idarə rəisini vəzifəsindən azad etdi

485641_aktual_azAzərbaycan Ədliyyə Nazirliyinin Beynəlxalq Hüquq Əməkdaşlığı İdarəsinin rəisi Zavər Qafarov vəzifəsindən azad edilib.

Qafqaznews.az-ın azvision.az-a istinadən məlumatına görə, Zavər Qafarov ədliyyə naziri Fikrət Məmmədovun əmri ilə təqaüdə göndərilib.

Başqa bir əmrlə isə Z. Qafarov Ədliyyə Akademiyasında dekan vəzifəsinə təyin olunub.

Hazırda bu vəzifəni idarənin rəis müavini Tağı Eynullayev icra edir.

Ədliyyə Nazirliyinin mətbuat xidməti informasiyanı təsdiqləyib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR