Nemtsovun Ukrayna haqqında hesabatı apreldə dərc olunacaq

76995Ekspertlərdən ibarət komanda yaradılıb.

Boris Nemtsovun Rusiyanın Ukraynadakı münaqişədə rolu haqqında hesabatı bu ilin aprelində dərc olunacaq

Qafqaznews.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə rusiyalı müxalifətçi İlya Yaşin bildirib.

Yaşinin sözlərinə görə, Nemtsovun hesabatını yekunlaşdırmaq məqsədi ilə ekspertlərdən ibarət komanda yaradılıb.

İlya Yaşin qeyd edib ki, toplanmış materialların böyük hissəsi artıq ekspertlər tərəfindən işlənib. Yaşinin sözlərinə görə, onlar  Boris Nemtsovun qətlindən əvvəl apardığı araşdırmanı yaxın zamanda yekunlaşdırmaq niyyətindədirlər.

Bundan əvvəl İlya Yaşin   Boris Nemtsovun qətlində “Ukrayna izi” olması versiyasını spekulyasiya adlandırıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR