Nizami Cəfərov federasiya prezidenti oldu

20150320-135128linkAzərbaycanlı deputat Dünya Alpaqut Federasiyasına yeni prezident seçilib.

ANS PRESS-in məlumatına görə, Azərbaycanda Atatürk Mərkəzində Dünya Alpaqut Federasiyası uluslararası idman təşkilatının növbədənkənar toplantısı keçirilib.

Toplantıda Dünya Alpaqut Federasiyası İdarə Heyətinin tərkibi aşağıdakı kimi müəyyən olunub: Araz Abdullayev, Asiman Abdurrahmanov, Kamil Yusubov, Faik Məmmədov, Arzu Eyvazova, Anar Xəlilov, Elnur Eltürk (Hüseyn), Əkbər Qoşalı (Yolçu), Vasif Namazov.

Alınan qərarlara əsasən, Atatürk Mərkəzinin müdiri, MM-nin Mədəniyyət Komitəsinin sədri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov Dünya Alpaqut Federasiyasının yeni prezidenti seçilib (Qurumun bundan öncəki prezident, iş adamı Fərid Əlizadə isə Dünya Alpaqut Federasiyasının Fəxri Prezidenti kimi təsdiq olunub).87699_src

Toplantıda yeni daxili əsasnamə, eləcə də federasiyanın yeni icra strukturu formalaşıb.

Qeyd edək ki, Dünya Alpaqut Federasiyası 12.12.2014–cü ildə, Alpaqut Turan Döyüş sənətini inkişaf etdirmək məqsədilə Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Alpaqut döyüş sənəti sistemlərinin qurucusu və təşkilatın ideya müəllifi, uluslararası dərəcəli idman üstası, türk döyüş sənətləri üzrə araşdırmaçı Vasif İmran oğlu Namazovdur. Federasiyanın Azərbaycan, Almaniya, Avstraliya, Amerika, Gürcüstan, Türkiyə, Rusiya (Başqurdistan, Moskva, Yekatirinburq üzrə), Özbəkistan, İran, Çexiya, Ukrayna üzrə rəsmi nümayəndəlikləri var.

87700_src

 

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR