Peskovdan Putin zarafatı: “Onu İsveçrəyə qaçırdıblar…”

87904_res_01Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Norveç qəzetinə müsahibə verib.
“Dagbladet” qəzetinə müsahibəsində Peskov Putinin “yoxa çıxmasından” danışıb. “Bu hadisə zarafat etmək üçün çox səbəb yaradıb. Hərdən insanlara elə gəlir ki, əgər o görünmürsə, demək, o, öz evində oturur və heç nə etmir. Halbuki, həmin vaxt ərzində Putin özünün Moskva ətrafındakı iqamətgahında işləyirdi” – deyə o bildirib.
Peskov fürsəti əldən verməyib və Putinin görünməməsi ilə bağlı zarafat da edib.
“Mən şayiələri eşidəndən sonra onun yanına getdim və dedim: “Cənab prezident, mən xəbər tutdum ki, siz çətin vəziyyətə düşmüsünüz. Sizi bir qrup general qaçırdaraq İsveçrəyə aparıb. Orada da sizin eyni vaxtda bir neçə uşağınız dünyaya gəlib. İcazə verin, sizi təbrik edim, cənab prezident” (ANS PRESS).

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR