Polis vətəndaşlara 65 min manat ziyan vuran “jurnalisti” həbs etdi

66f98adf774121b20f9d3ecfb6790ae3O əvvəllər də dələduzluq maddəsi ilə məsuliyyətə cəlb edilib.

Özünü “Ədalət uğrunda” qəzetinin əməkdaşı kimi təqdim edən İmişli sakini vətəndaşları aldadaraq onlara külli miqdarda ziyan vurub.

Qafqaznews.az xəbər verir ki, İmişli polis şöbəsindən APA-ya verilən məlumata görə, ötən il Zaqatala rayonunda  baş verən zəlzələdən  zərər çəkən bir neçə  rayon sakinindən küllü miqdarda pul alaraq onlara ev tikməyi söz verən İmişli rayon sakini Eldar İbişov polis tərəfindən saxlanılıb.

Eldar İbişov ümumilikdə zərəçəkən sakinlərdən  65 min manatadək pul alaraq onlara evlərinin tikilməsi  vədi  verib və aradan  çıxıb. Daxil olan müraciətlərdən  sonra ötən ilin iyul ayında Eldar İbişov  barəsində  axtarış  elan edilib. Bir müddət  istintaqdan  gizlənməyi bacaran  Eldar İbişov martın 13-də İmişli rayon polis  əməkdaşları  tərəfindən  Cəlilabad  rayonu ərazisində  saxlanılaraq  istintaqa təhvil verilib. Məlum olub ki, İbişov  Eldar  eyni zamanda  özünü  mətbuat  işçisi – “Ədalət uğrunda” qəzetin əməkdaşı və ali təhsilli müəllim kimi təqdim edərək sakinlərin etibarından sui stifadə edib. Həmçinin araşdırma zamanı  məlum olub ki, Eldar İbişov əvvəllər də dələduzluq  maddəsi ilə məsuliyyətə cəlb edilib.

Hal-hazırda faktla  bağlı  İmişli Polisi şöbəsində cinayət işi açılıb araşdırma aparılır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR