Poroşenko qubernatoru çıxardı

85487Dnepropetrovsk qubernatoru İqor Kolomoisky vəzifəsədən azad olundu

Ukrayna prezidenti Petro Poroşenko ölkənin ən böyük regionlarından olan Dnepropetrovskinin qubernatoru, oliqarx İqor Kolomoiskyi vəzifəsindən azad olunması barədə sərəncam imzalayıb.

ANS PRESS-in məlumatına görə, İ.Kolomoiski əvvəl qubernatorluq vəzifəsindən istefası barədə ərizə verib. Dnepropetrovsk Luqansk və Donetsk regionlarının yaxınlığında yerləşir.

P.Poroşenko və İ.Kolomoiski vaxtilə müttəfiq olublar və ötən gün görüşüblər. Sonra dövlətin nəzarətində olan iki enerji şirkəti, “UkrTransNafta” və “Ukrnafta”ya nəzarət uğrunda mübarizə aparıblar. Lakin Ukrayna parlamentinin qəbul etdiyi qanunla İ.Kolomoiskyinin bu şirkətlərdə səhmdar payı azaldılıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR