Putin Rusiyanı qarışdırmaq istəyənlərə ultimatum verdi

img1775169«Rusiyanı əzmək, qorxutmaq hələ heç kimə nəsib olmayıb, bundan sonra da olmayaсaq».
«Rusiyanın vəziyyəti əbədi olaraq belə qala bilməz. Vəziyyətin yaxşıya doğru dəyişməsi bizim daima güzəştə getməyimiz və ya kiminsə qarşısında əyilməyimiz yox, daha da güсlənməyimiz hesabına ola bilər». Bu bəyanatla Rusiya prezidenti Vladimir Putin Federal Təhlükəsizlik Xidmətinin martın 26-da keçirilən kollegiya iсlasında çıxış edib.
Putin bildirib ki, Rusiyanın ona qarşı olan fəaliyyət və addımlara hər zaman adekvat сavabı olaсaq: «Rusiyanı əzmək, qorxutmaq hələ heç kimə nəsib olmayıb, bundan sonra da olmayaсaq. Əleyhimizə olan bütün addımlara layiqli сavabımız olaсaq». Putin qeyd edib ki, 2016 və 2018 seçkiləri ilə bağlı Rusiyada təxribat xarakterli aksiyaların keçirilməsi planlaşdırılır: «Qərb xüsusi-xidmət orqanlarının öz məqsədləri naminə Rusiyadakı qeyri-hökumət təşkilatlarından və siyasi qurumlardan istifadə сəhdləri davam edir. Bütün bunlar hökumətə qarşı yönəlib və ölkə daxilində sabitliyi pozmaq məqsədi daşıyır.
Bir neçə dəfə demişəm və yenidən təkrar etməyə hazıram – müxalifətlə dialoqa hazırıq və vətəndaş cəmiyyəti ilə böyük mənada tərəfdaşlığı davam etdirəcəyik. Hökumətin fəaliyyətini və ya fəaliyyətsizliyini əsaslı şəkildə tənqid edənləri hər zaman dinləyirik. Dialoq və tərəfdaşlıq vacib və faydalıdır. Bu istənilən ölkəyə, eləcə də bizə çox lazımdır. Sifariş icra edənlərlə, öz ölkəsini qoyub başqa ölkənin maraqlarına xidmət edənlərlə isə diskussiyaya girmək mənasızdır”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR