Putin “yoxa çıxmasından” danışdı – FOTO

putinnn“Rusiya prezidenti nəinki gəzir, həm də avtomobil sürür”.

Rusiya prezidenti Vladimir Putin səhhətində yaranmış problemlər haqqında məlumatları şərh edib.

Onun sözlərinə görə, “şayiələr olmazsa, darıxdırıcı olar”.

Oxu.Az “RİA Novosti”yə istinadən  xəbər verir ki, öz növbəsində Qırğızıstan prezidenti Almazbek Atambayev Rusiya prezidentinin səhhətinin pisləşməsi ilə bağlı məlumatları təkzib edib.

“Rusiya prezidenti nəinki gəzir, həm də avtomobil sürür”, – deyə, Atambayev bildirib.

Qeyd edək ki, bu gün Sankt-Peterburqda, Strelnıda Konstantinovsk sarayında Vladimir Putinin qırğız həmkarı Almazbek Atambayevlə görüşü başlayıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR