Ronaldo Messini geridə qoydu (VİDEO)

64856O, klub turnirlərində vurduğu qolların sayını 78-ə çatdırıb

“Real”ın hücumçusu Kriştianu Ronaldo yeni rekorda imza atıb.

ANS PRESS-in məlumatına görə, ötən gecə “Şalke”yə qarşı oynadığı oyunda iki dəfə fərqlənən ulduz futbolçu qitə miqyaslı klub turnirlərində vurduğu qolların sayını 78-ə çatdırıb.

O, bu göstərici ilə də “Real”ın sabiq hücumçusu Raul Qonzalesi və “Barselona”ın argentinalı forvardı Lionel Messini geridə qoyub.

Xatırladaq ki, “Real” “Şalke” oyununda qapılara yeddi qol vurulub – 3:4. Qazanılan qələbəyə baxmayaraq iki oyunun nəticəsinə görə “Şalke” turnirlə vidalaşıb, “Real” növbəti mərhələyə adlayıb. Ronaldo isə bu oyunda dubl edib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR