Rövşən Lənkəranskinin dostunun oğlu qəza törətdi (VİDEO, FOTO)

rovsen-lenkeranskiMoskvada məşhur kriminal avtoritet Tariel Onianinin oğlu Buba Yeni Arbatda yol-nəqliyyat hadisəsi törədib.

ANS PRESS-in məlumatına görə, “qanuni oğru”nun oğlu idarə etdiyi “Mersedes S400” avtomobili ilə “Folksvaqen Tuareq”ə çırpılıb.

Qəza nəticəsində “Mersedes ML” və “Xende Solyaris” avtomobillərinə də ciddi ziyan dəyib.

Müşahidə kameraları düşən kadrlardan görünür ki, qəzaya səbəb kriminal avtoritetin oğlu Buba Onianinin sürət həddini aşması olub.

Zərbə o dərəcə güclü olub ki, Onianini yolun əks tərəfində yerləşən yeraltı piyada keçidinin hasarına tullayıb.

Qəza nəticəsində Onianin avtomobilində olan 18 yaşlı sərnişin kəllə-beyin travmasıyla xəstəxanaya çatdırılıb.

Bubanın həmçinin iki dostu 19 yaşlı Qeorqi. S. və 17 yaşlı David.X. zədələnib.

Qeyd edək ki, Tariel Oniani “Taro” ləqəbiylə məşhurdur. Rusiyada və keçmiş SSRİ məkanında kriminal aləmin məşhur simalarından biri olan Taro 1952-ci ildə Gürcüstanda (Tkibuli) anadan olub. O, “Kutaisi qruplaşması”nın lideri kimi də tanınır. Milliyyətcə gürcü-svan olan Onianinin atası şaxtada baş vermiş qəza zamanı həlak olub. Onianinin həbsxanaya yolu 17 yaşından başlayıb. Ona yaxın məhkumluğu var.

2010-cu ilin iyulunda Moskva məhkəməsi Tariel Onianini insan oğurluğuna görə 10 il azadlıqdan məhrum edib. 2011-ci ilin martında Rusiya İspaniya hüquq-mühafizə orqanlarının xahişi ilə Onianini bu ölkəyə ekstradasiya edib.

“Ded Xasan”ın qətlindən sonra adı Rövşən Lənkəranski ilə birgə çəkilən Onianinin həmyerlimizlə yaxın dost olduğu bildirilir.

b0b12fc4b2c5 c88d6bd059e7 dc8f85291453 ee85e8568ede 53c954d3a63e - копия

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR