Səhiyyə Nazirliyi heç nə demək istəmir

mainBu yaxınlarda JAM.AZ saytında Ağciyər Xəstəlikləri İnstitutu əməkdaşının səhvindən bəhs edən məqalə dərc olunmuşdu.
Bakı sakini Natiq Əliyev sayta bildirib ki, institutda qardaşım Namiqə səhv diaqnoz qoyduqları üçün onun ağciyərləri sıradan çıxır: “ Mənim qardaşımın müalicəsi ancaq Türkiyədə mümkündür. Bunun üçün 100 min dollar lazımdır. Əgər əməliyyat olmasa, qardaşım öləcək. Biz imkanlı şəxslərə müraciət edirik ki, bizə kömək etsinlər”. (JAM.AZ)
1426718831_nnnBu gün ölkəmizdə səhiyyə müəssisələrinin əksəriyyəti dövlətin tabeçiliyindədir. Və mövcud qanunvericiliyə görə həkimin səhvinə səhiyyə təşkilatı cavab verməlidir. Pulla, məsuliyyətlə və s. ilə cavab verməlidir.
Məsuliyyət isə səhiyyə müəssisəsinin cəzalandırılması, maliyyə cəriməsi, hətta məhkəmə qarşısında cavab verməklə ola bilər.
Səhiyyə təşkilatı hətta öz əməkdaşının səhvinə görə, zərərçəkənin xərclərini öz üzərinə götürə bilər.
Bu məsələyə aydınlıq gətirmək üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxladıq. Səhiyyə Nazirliyi zərəçəkənin xərclərini öz üzərinə götürəcəkmi? скачанные файлы
Nazirliyin nümayəndəsi Kəmalə Baxşiyeva müxbirimizə bildirib ki, biz bu barədə heç nə deyə bilmərik.

Bu məsələ ilə bağlı hüquq müdafiəçisi Elçin Behbudov qafqaznews.org-a aşağıdakıları bildirib: “ İmkanlı adamların borcu deyil ki, Namiq Kərimova kömək eləsinlər. Onun müalicəsinin xərclərini dövlət ödəməlidir. Həm də məhz Ağciyər Xəstəlikləri İnstitutu”.

Rəşad Rüstəmov

Qafqaz Xəbər Agentliyi (qafqaznews.org)

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR