Şamaxının icra başçısından və onun müavinindən prezidentə şikayət olundu

1427269482_0001Sakinlər rayonun baxımsızlığından da narazılıq edirlər

Şamaxı sakinləri yerli məmurların əlindən dad deyir. Bu barədə daxil olan müraciətdən anlaşılır. Redaksiyamıza yazan Şamaxı sakinləri bildirir ki, onlar prezident İlham Əliyevdən yardım istəyirlər. Buna səbəbsə Şamaxı rayon icra hakimiyyətinin başçısı Asif Ağayevlə icra başçısının müavini Qasım Qasımovun yarıtmaz fəaliyyəti, nəticədə yerli əhalinin zülm çəkməsidir.

Sakinlər dia.az-a yazır:

“Rayonun küçələri batıb gedir. Tarixən Şirvanın paytaxtı olmuş Şamaxı indi Qasımovun şəxsi imperiyası sayəsində xarabazarlığa çevrilməkdədir. Rayonun ən böyük küçələrindən olan Rəsulzadə, H.Ciddi, N.Nəcəfov, Qədirli, Bakı, H.Məmmədov, Gənclər, Əliyarbəyov, Axundov. C.Cabbarlı, Hadi və s. bu kimi onlarla küçələri sanki müharibə olmuş xarabalığı xatırladır”.

Daha sonra Şamaxı sakinləri dia.az vasitəsilə prezident İlham Əliyevə müraciət edirlər: “Xahiş edirik, bizi bu palçıqlı və xarabazara çevirilmiş küçələrdən və Qasımovdan qurtamamız üçün aidiyyatı orqanlara göstəriş vərəsiniz. Artiq bezmişik bu toz torpaqdan. Şamaxı heç vaxt belə biabır vəziyyətdə olmamışdır. Xahiş edirik kömək edin bizə”.Dia.az

Qarşı tərəfi də dinləməyə hazırıq…

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR