“Şaxtyor”un biabırçı məğlubiyyəti (VİDEO)

UEFA Champions League 2014/15 Round of 16 Second Leg Chelsea v Paris Saint Germain Stamford Bridge, Fulham Rd, London, United Kingdom - 11 Mar 2015“Çelsi” doğma divarlar arasında Çempionlar Liqası ilə vidalaşdı.

Çempionlar Liqasında növbəti görüşlər keçirilib.

Oxu.Az xəbər verir ki, 1/8 final mərhələsinin cavab oyunlarına start verilib.

1/4 finalçılar İngiltərə və Almaniyada keçirilən qarşılaşmalarda müəyyənləşib.

“Çelsi” doğma divarlar arasında PSJ ilə üz-üzə gəlib. Oyunun 32-ci dəqiqəsində isveçli futbolçu Zlatan İbrahimoviç qırmızı vərəqə alaraq meydandan qovulub. PSJ səfərdə vurduğu 2 topa görə 1/4 finala yüksəlib.Digər matçda “Bavariya” Donetsk “Şaxtyor”unu sınağa çəkib. Qarşılaşmada “Bavariya” 7:0 hesabı ilə “Şaxtyor”u darmadığın edib.“Real” və “Porto”nun ardınca “Bavariya” ilə PSJ də 1/4 finala vəsiqə qazanıb.

Çempionlar Liqası
1/8 final, cavab oyunları
11 mart
“Çelsi” (İngiltərə) – PSJ (Fransa) – 2:2
Qollar Kehill, 81, Azard, 96-pen – Luis, 86, Silva, 114
İlk oyun: 1:1

“Bavariya” (Almaniya) – “Şaxtyor” (Ukrayna) – 7:0
Qollar: Müller, 4-pen; 52, Boatenq, 34, Riberi, 49, Badstuber, 63, Levandovski, 75, Götze, 88
İlk oyun: 0:0

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR