Əsgərlərimiz bayram edir FOTO

86519“Ordumuz işğal altında olan torpaqlarımızı hər an azad etməyə hazırdır”

Tərtər rayon ictimaiyyətinin və Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun nümayəndələrinin iştirakı ilə N saylı hərbi hissədə Novruz şənliyi keçirilib.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Hərbi Prokurorluğun şöbə rəisi Mahir Əliyev, rayon hərbi prokuroru Fuad Məmmədov və başqaları çıxış edərək, bayram münasibətilə hərbi hissənin şəxsi heyətini təbrik edib, onlara çətin və şərəfli xidmətdə – Vətənin müdafiəsində uğurlar arzulayıblar.

Çıxışlarda Azərbaycanda ordu quruculuğu sahəsində qazanılan uğurlardan bəhs edilib. Bildirilib ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə günü-gündən qüdrətlənən Azərbaycan Ordusu Vətənimizin keşiyində ayıq-sayıq dayanaraq, öz müqəddəs missiyasını şərəflə və layiqincə yerinə yetirir. Silahlı qüvvələrimizin maddi-texniki bazası, müasir silahlarla təminatı və şəxsi heyətin döyüş ruhu onu deməyə əsas verir ki, ordumuz işğal altında olan torpaqlarımızı hər an azad etməyə hazırdır.

Respublika hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyevin bayram təbriki əsgərlərə çatdırılıb.

Hərbiçilərə hədiyyələr və bayram sovqatı təqdim edilib. Tərtər rayon mədəniyyət evinin özfəaliyyət kollektivi əsgərlər qarşısında rəngarəng konsert proqramı ilə çıxış edib.

f6b9b3bf5763

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR