Sinqapurun atası ölüb

86593Lee Kuan Yev 92 yaşında vəfat edib

Sinqapur xalqının atası kimi tanınan Lee Kuan Yev 92 yaşında dünyasını dəyişib.

ANS PRESS-in məlumatına görə, Sinqapur hökumətinin yaydığı açıqlamada bildirilir ki, o, sətəlcəm diaqnozu ilə bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilib.

Ümumiyyətlə, L.K.Yev 1959-cu ildə müstəqil olan Sinqapurda 31 il hökumətə rəhbərlik edib. Onun apardığı iqtisadi islahatlar Böyük Britaniyanın keçmiş müstəmləkəsini firavanlığa çatdırsa da, insan hüquqları təşkilatları “xalq atası”nı demokratik azadlıqları məhdudlaşdırmaqda günahlandırıb.

Xatırladaq ki, Sinqapurda onun söz azadlığına qoyduğu məhdudiyyətlər bu gün də qüvvəsini itirməyib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR