Siqaretlərin qiyməti düşdü

12957Mağazalardakı bütün siqaretlər köhnə qiymətlərlə satılacaq

Bu gündən paytaxt sakinləri xoş hadisə ilə qarşılaşıblar.

Bu barədə ANS PRESS-in “qaynar xətti”nə məlumat verilib. Verilən məlumata görə, bir çox dükanarda artıq tütün məmulatları köhnə qiymətinə qayıdıb.

Deyilənləri dəqiqləşdirmək üçün supermarketlər şəbəkələrindən birinin rəhbərliyilə əlaqə saxladıq. Şəbəkənin iunzibatçı direktoru Əfqan Murtuzovun ANS PRESS-ə verdiyi məlumata görə, bu gün səhərdən etibarən siqaretlərin köhnə qiymətlə satılması barədə göstəriş verilib.

“Hazırda siqaret satışını dayandırmışıq. Bir saat ərzində bütün siqaretlərin qiyməti köhnə qiymətə endiriləcək. Bu səbəbdən hələlik satışı dayandırmışıq”, – deyə Efqan Murtuzov bildirib.

Qeyd edək ki, manatın dollara nisbətən ucuzlaşmasından sonra anidən siqaretlərin qiymətləri qalxmışdı.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR