“Suares üçün əbəs yerə 88 milyon ödəməmişik”

35767
“Bu qalibiyyət bizim üçün önəmli idi. Futbolçularımı qələbə münasibəti ilə təbrik edirəm. Oyuna daha çox nəzarət edən tərəf biz olduq. Çoxlu qol epizodu yaratdıq. Ancaq rəqib də yaxşı oyun nümayiş etdirdi”.
Bu sözləri “Barselona”nın baş məşqçisi Luis Enrike İspaniya La Liqasının 28-ci turunda “Real”a 2:1 hesabı ilə qalib gəldikləri matçdan sonra deyib.
Təcrübəli mütəxəssis komandasının qələbə qolunun müəllifi Luis Suares haqda da danışıb:
“Suares qol vurduğu epizodda topu özündə çox yaxşı saxladı. Onun etdiyi hərəkəti dünyada çox az futbolçu edə bilər. Suares üçün əbəs yerə 88 milyon avro ödəməmişik”. (qol.az)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR