Tənhalıq ölümcüldür

Social isolation - sad lonely unhappy womanAmerikalı alimlər tənhalığın insan həyatı üçün piylənmə qədər təhlükəli olduğunu bildiriblər.

ANS PRESS-in məlumatına görə, ABŞ-ın Briqam Yanq universitetinin mütəxəssisləri bu qənaətə gəliblər. Onlar müxtəlif tibbi araşdrımaların nəticələrini analiz ediblər. 3 milyon insan tənhalıq və sosial təcrid edilmə haqqında sualları cavablandırıblar. Mütəxəssislər analiz zamanı cins, yaş, sosial-iqtisadi status və xəstəliklər kimi amilləri nəzərə alıblar.
Araşdırmalar nəticəsində müəyyən edilib ki, tənhalıq vatxsız ölüm riskini piylənmə qədər artırır. Onların sözlərinə görə, bəzilərinin ətrafında çoxlu adam olsa da, onlar özlərini tənha hiss edirlər. Bu da daha çox depressiya və başqa psixoloji pozunluqlarla bağlıdır. Bir qrup insanlar isə qəsdən özlərini başqalarından təcrid edirlər. Onlar tək qalmağı xoşlayırlar. Bu daha çox gənclərə xarakterikdir.

Araşdırmaların nəticələrinə görə, yaşlı insanlar içərisində tənha olanlar daha çoxdur. Bununla belə, tənhalıq və sosial təcrid etmə yaşı 65-dən aşağı olan insanlar arasında da vaxtsız ölüm riskini xeyli artırır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR