Toliki tanınmaz hala saldılar – VİDEO

505882ATV-də yayımlanan “Səs verməyin!” verilişinin növbəti hədəfi prodüser Tolik olub

Qafqaznews.az axşam.az-a istinadən xəbər verir ki, verilişin formatına uyğun olaraq mindən çox səs toplayan qonağın başına pomidor şirəsi və un töküləcəkdi. Tolik tamaşaçılardan 831 SMS alıb.

Buna baxmayaraq, prodüser qurğunun işə salınmasını və başına pomidor şirəsinin tökülməsini istəyib:

“Bir az adrenalin yaşayaq. Mənə 831 insan səs verdi. Əgər 9 milyon səs gəlsəydi, pis olardım. Amma gördüm ki, məni sevənlər daha çoxdur.

Allah tamaşaçıları hər zaman güldürsün. Düşmənlərimə demək istəyirəm ki, sizin arzularınız yerinə yetmədi. Amma onu mən çin etdim. Hamınızın Novruz bayramı mübarək”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR