UEFA İtaliyanın “Napoli” klubunu cəzalandırıb.

30230Buna Neapol təmsilçisinin azarkeşlərinin qaydalara zidd davranışı səbəb olub.
Avropa Liqasının 1/16 final mərhələsində “Trabzonspor”la Neapolda keçirilən qarşılaşmada azarkeşlərin pirotexniki vasitələrdən istifadə etməsi “Napoli”yə baha başa gəlib. UEFA həmin oyunda baş verənlərə görə İtaliya təmsilçisini 60 min avro məbləğində cərimələyib.
Qeyd edək ki, Avropa Liqasının 1/4 finalına yüksələn “Napoli” bu mərhələdə Almaniyanın “Volfsburq” klubu ilə qarşılaşacaq. (qol.az)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR