Ukraynada yeni hücuma hazırlıq

67486Donetskdə atəşkəsin pozulması hərbçiləri narahat etməyə başlayıb

“Rusiyapərəst separatçılar bu gün atəşkəs rejimini bir neçə dəfə pozublar”.

ANS PRESS-in məlumatına görə, ölkənin Hərbi Qərargahından bildirilib ki, separatçılar axşam saat 8-dən səhər saat 6-dək hökumət qoşunlarının mövqelərini əsasən də mina və qumbaraatanlardan 16 dəfə atəşə tutublar. Ən çox gərginlik Donetsk vilayətində qeydə alınıb.

Minskdə bu il fevralın 12-də əldə edilmiş atəşkəs razılaşmasından sonra gərginliyin xeyli səngidiyi müşahidə olunsa da, Ukrayna hakimiyyəti separatçıların bundan yeni hücumlara hazırlaşmaq məqsədilə istifadə edəcəyindən ehtiyatlanır.

Xatırladaq ki, ötən ilin aprelindən indiyədək Ukraynanın şərqində hökumət qüvvələri ilə rusiyapərəst separatçılar arasında gedən döyüşlərdə 6 mindən çox insan həlak olub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR