Bakı Dəmiryol Vağzalında gərginlik yaşanır.
Qafqaznews.az” arqument.az-a istinadən xəbər verir ki, hazırda Bakı Dəmiryol Vağzalında bayramla əlaqədar gərginlik yaşanır.
Belə ki, biletsiz sərnişinlər rüşvət müqabilində qatarlara buraxılır. Bakı-Astara istiqamətində hərəkət edən qatarlarda isə vəziyyət daha dözülməzdir. Biletin qiyməti 5 manat olduğu halda, qatar bələdçiləri biletsiz sərnişinlərdən 10 manat tələb edir. Bundan başqa, biletsiz sərnişinləri vaqonlara yerləşdirən bələdçilər onunların yolçuluğuna da əngəl yaradır.
Sərnişinlər bir yerdə 3 nəfər olmaqla yol getməyə məcbur edilir. Ən dəhşətlisi isə odur ki, sərnişinlərin bir çoxu 10 saatlıq yolu ayaq üstə getmək məcburiyyətində qalıblar.