Vilyam Hacıyev İmişlidə mübahisəli obyektləri sökdürür

img1774245Bu gün İmişli şəhər mədəniyyət evinin qarşısında tikilən və qanunsuz olduğu bildirilən ticarət obyektləri  rayon İcra Hakimiyyəti  tərəfindən  göndərilən  ağır  texnika  ilə sökülüb.
Avropa.info xəbər verir ki, İmişli şəhərində mədəniyyət evinin qarşısında tikilən ticarət obyektləri sakinlərin ciddi narazılığına səbəb olmuşdu. Sakinlər  mədəniyyət  evinin qarşısının İH başçısı Vilyam Hacıyev  tərəfindən qanunsuz olaraq satıldığını bildirirdilər.
Dünən isə  İmişli sakini Baloğlan adlı bir  şəxs əlində çəkic  şəhərin mədəniyyət evinin qarşısında yenicə tikilməkdə olan ticarət obyektlərə hücum etmişdi.
Obyektlərin qanunsuz olaraq tikildiyini deyən bu şəxs yolun bağlandığını bildirirdi . Şəhər sakinləri və əraziyə sonradan gələn polis əməkdaşlarının səyi nəticəsində Baloğlan adlı şəxsi ərazidən uzaqlaşdırmaq mümkün olmuşdu . Onun rayon polis şöbəsi rəisinin sürücüsünün qardaşı olduğu bildirilirdi.
Qeyd edək ki, bundan öncə, İmişlidə Şəhidlər Xiyabanı ərazisinin satılması məsələsi də ciddi qalmaqala səbəb olub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR