Xırdalandakı bazarda qardaş bacısını güllələdi

649632b64f27d9cf86662fd82419e4b7Xırdalan bazarında silahlı insident baş verib.

Abşeron Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün Xırdalan Mərkəzi Bazarında qeydə alınıb.

İlkin məlumata görə, şəxsiyyəti hələlik məlum olmayan şəxs bacısına atəş açaraq onu yaralayıb.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları insident baş verən ərazidə araşdırma aparır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR