““AccessBank” haqlı deyil”

Access_Bank_200709Bu yaxınlarda Qafqaz Xəbər Agentliyinə (qafqaznews.org) Cəlilabad rayonu, Qarazəncir kənd sakini Bayramov Camalxan İsa oğlunun müraciəti daxil olmuşdu. Müraciətdə bildirilirdi ki: ““Access Bank” kredit təşkilatı yeznəm Əhmədov Fikrət Zahidxan oğluna 29 faizlə 7000 manat kredit vermişdir. Kreditin 5 ayını ödədikdən sonra yeznəm Fikrət qəflətən avtoqəzaya düşərək vəfat etdi. Vəfat etdikdən sonra da üstündə yığılan puldan kreditin 3 ayı ödənmişdir. İndi qızım 3 körpə uşaqla imkansız vəziyyətdədir. Hazırda bankın işçiləri yaxamızdan yapışıb qalan pulu tələb edirlər. Mən özüm də 1-ci qrup xəstəyəm, qoca kişiyəm, ailə şəraitimiz olduqca ağırdır. Bankın işçiləri gəlib qızımdan hər gün tələb edir ki, evinizi satmalı da olsa, pulu verməlisiz. Hazırda 3 uşaq və qızım bir yerdə dövlətdən cəmi 150 manat “yetim pulu” alırlar, bank istəyir ki, həmin pulu ödənişə yönəltsin”. 1322456073_elmar_suleymanov-300x260

Müraciətlə bağlı tanınmış vəkil Elmar Süleymanov Qafqaz Xəbər Agentliyinə (qafqaznews.org) aşağıdakıları söylədi: “ Mövcud qanunvericliyə əsasən borclu şəxs dünyasını dəyişərsə, onun əmlakının varisi borcu ödəməlidir”.
Fikrət Əhmədovun qaynı Şövqi Bayramov isə bizə bildirdi ki, mənim bacıma öz rəhmətlik ərindən heç bir əmlak qalmayıb.
eyyyMəsələ ilə bağlı İstehlakçılar İttifaqının sədri Eyyub Hüseynovun da fikirlərini öyrəndik. O, Qafqaz Xəbər Agentliyinə (qafqaznews.org) bildirdi ki: “ Bank ancaq mərhum Fikrət Əhmədovun əmlakına varis olanlara qarşı iddia qaldıra bilər. Əgər mərhumdan öz ailəsinə heç bir əmlak qalmayıbsa, bankın onun arvadına qarşı iddiası əsassızdır”.
Obyektivliyi qorumaq üçün “Access Bank”ın Cəlilabad filialı ilə əlaqə saxladıq. Filialın kredit şöbəsinin başçısı Tural Əhmədov Qafqaz Xəbər Agentliyinə (qafqaznews.org) soylədi ki, həqiqətən də qanunvericiliyə görə, ölüm halında borcu əmlaka varis olan qaytarmalıdır.
Müxbirimizin “ Mərhumun ailəsi bildirir ki, ondan heç bir əmlak qalmayıb” fikrinə Tural Əhmədov “Bankımızın mütəxəssisi Çingiz Kamalova müraciət edin” cavabını verdi.
Biz Çingiz Kamalovdan bizi maraqlandıran suallara cavab istəsək də, o, “Biz müştərilərlərl’ bağlı suallara cavab vermirik” deyərək, dəstəyi asdı.

Rəşad Rüstəmov

Qafqaz Xəbər Agentliyi (qafqaznews.org)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR