“Baku Collection Agency” şirkəti olmayan borcu qaytarmaq istəyir-AUDİO

Bezy-myanny-j-copy613 apreldə qafqaznews.org saytında “ Ədliyyə Nazirliyi nazir müavininin oğluna qarşı?” başlıqlı məqalə dərc olunmuşdu.
Məqalə  AzVision.az-da dərc olunan yazıya əsaslanmışdı.
“BOA” kollektor agentliyinin direktoru Samir Mustafayev AzVision.az-a açıqlamasında agentliyin iki təsisçisinin olduğunu qeyd etdi. Və bildirdi ki, təsisçilər agentliklə bağlı heç bir açıqlama verilməsini istəmirlər:
“Təsisçi İlkin Qəribli agenliklə bağlı yazının dərc olunmasını istəmir. İlkin müəllim xaricdədir. O, Azərbaycan dilində başa düşmür. İlkin müəllim balaca olan vaxtdan xaricdə yaşayır. Orada təhsil alıb. Ona görə Azərbaycan dilini bilmir, rus və ingilis dillərini bilir. Digər təsisçi isə Rüstəm Hacıyevdir. Əgər biri açıqlama vermirsə, o biri də verməyəcək”.
Qeyd edək ki, İlkin Qəribli “Unibank”ın prezidenti Eldar Qəribovun oğludur. O, bir neçə ay öncə poker yarışında 1 milyon dollar qazanması ilə gündəmə gəlmişdi.
BOA agentliyinin həmtəsisçisi Rüstəm Hacıyev isə Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Rauf Hacıyevin oğludur.1428489730_00011
Xatırlatma üçün bildirək ki, 14 mart tarixdə Qafqaz Xəbər Agentliyində (qafqaznews.org ) “Ədliyyə Nazirliyi “Baku Collekting Agency” şirkətinin fəaliyyətini araşdırır” başlıqlı məqalə dərc olunmuşdu.
Məqalə hüquqşünas Samir İsmayılovun qafqaznews.org saytına müraciəti əsasında hazırlanmışdı. S.İsmayılov bildirirdi ki: “ Mənim hələki adını çəkmək istəmədiyim müştərimə “Baku Collekting Agency”-nin Ramin adlı əməkdaşı zəng vuraraq bildirib ki, guya mənim müştərimin “UNIBANK”-a böyük miqdarda borcu var. Mənim müştərim isə bildirib ki, mənim həmin banka heç bir borcum yoxdur”. Samir İsmayılovun bizə müraciətindən sonra biz “Baku Collekting Agency”nin əməkdaşı Raminlə əlaqə saxlayaraq hansı əsasla “UNIBANK”-a olan borcları tələb elədiyini soruşduq. O, bildirdi ki, biz Ədliyyə Nazirliyinin əmri ilə ölkədaxili borclarla məşğuluq.
Ədliyyə nazirliyinin mətbuat xidmətindən Aydın Ağazadə isə bizə bildirdi ki: “ Bu Ədliyyə Nazirliyinə böhtandır. Biz “Baku Collekting Agency”-nə borclarala bağlı belə bir tapşırıq verməmişik”.
Məqalə dərc olunandan sonra biz yenidən Aydın Ağazadə ilə əlaqə saxlayaraq soruşduq ki, Ədliyyə Nazirliyi qurumun adından öz məqsədləri üçün istifadə edən şirkətə qarşı hansısa tədbirlər görürmü? Aydın Ağazadə Qafqaz Xəbər Agentliyinə( qafqaznews.org) bildirdi ki: “ Mən Ədliyyə Nazirliyinin rəhbərliyinə çatdırdım ki, “Baku Collekting Agency” şirkəti öz çirkin məqsədləri üçün nazirliyin adından istifadə edir”. Aydın Ağazadənin sözlərinə görə, nazirlik mütləq “Baku Collekting Agency” şirkətinin fəaliyyətini araşdıracaq və bu məsələ ilə bağlı cənab nazir Fikrət Məmmədov da məlumatlıdır.copy322311
14 aprel tarixdə vəkil Samir İsmayılov yenidən bizim agentliyə müraciət etdi. O, Azərbaycan Respublikasının Mərkəzi Bankının Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətindən möhür və imza ilə onun müştərisinə verilmiş çıxarışı bizə təqdim elədi: “ Bu çıxarış “Asan Xidmət” tərəfindən mənim müştərimə verilib”.
Vəkilin fikrincə, bu sənəddən aydın görünür ki, “Baku Collection Agency” şirkəti bortc qaytarmaq adı altında mənim müştərimdən “pul qopartmaq” istəyir. Bu sənəddə aydın göstərilib ki, mənim müştərimin “Unibank”a 17.100 manat borcu olub və bu günə müştərim borcunu tam ödəyib”.
Onu qeyd edək ki, Samir İsmayılovun bizə təqdim elədiyi Azərbaycan Respublikasının Mərkəzi Bankının Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətinin möhür və imzalı çıxarışında aydın görsənir ki, vəkilin müştərisi banka olan 17.100 manat borcunu ödəyib. Və sənəd Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətinin möhürü ilə təsdiq olunub.
Biz bankın Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətinin verdiyi çıxarışa aydınlıq gətirməsi üçün “Unibank”ın problemli kredit şöbəsinbin əməkdaşına müraciət elədik. O, bildirdi ki, biz məsələylə bağlı 3-cü şəxsə cavab verə bilmərik.
Vəkilin bizə təqdim elədiyi sənədə görə onun müştərisi banka borclu deyil, bəs nə üçün “Baku Collection Agency” vətəndaşdan borcunu qaytarmağı tələb edir?
Bu sualı “Baku Collection Agency” şirkətinin direktor müavini Səbuhi Məmmədova versək də o sualımıza cavab verməkdən imtina elədi.

Rəşad Rüstəmov

Qafqaz Xəbər Agentliyi (qafqaznews.org)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR