Cəbhədə irimiqyaslı təlimlər (FOTO)

108313063f3bMüdafiə naziri Zakir Həsənov hərbi hissələrin və texnikanın vəziyyəti ilə tanış olub

İrimiqyaslı əməliyyat-taktiki təlimləri keçirilir.

Müdafiə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən təlimlər keçirilən bölgədə olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov səhra şəraitində yerləşdirilən hərbi hissələrin və texnikanın vəziyyəti ilə tanış olub və onların hazırlıq səviyyəsini yoxlayıb.

Müdafiə nazirliyinin rəhbərliyi poliqonda yaradılmış müxtəlif təlim nöqtələrinə baş çəkərək şəxsi heyətin, silah-sursatın və döyüş texnikalarının gecə təlimlərində iştirakı və ümumi hazırlıq üzrə görülən işlərin keyfiyyəti ilə maraqlanıblar.

Təlimlər davam edir.

Təlimlərdən fotoları sizə təqdim edirik:

 

4de3f128c333 42a72763562f 85f902074e1c 87904 dad2453ac6e6

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR