Futbolçu canlı yayımda evlənmək təklif etdi

_DSC0138Türkiyənin Lig TV kanalının canlı yayımında maraqlı hadisə baş verib.

ANS PRESS-in məlumatına görə, futbolçu televiziya vasitəsi ilə evlənmək təklifi edib.

Belə ki, “Konyaspor” – “Akhisar Bələdiyyəspor” matçından sonra “Lig TV”yə oyunu dəyərləndirən Konya klubunun futbolçusu Ali Turan sonda evlənmə təklif ilə çıхış edib: “Ev хanımı olan sevgilim Rəna bir ildi mənə qarşı hirslidi. Ümid edirəm ki, o da məni əfv edər. Burdan sizin vasitənizlə ona bir söz demək istəyirəm: Rəna mənimlə evlənərsən?”

Ali Turan canlı yayımdan sonra Rana Altıntaşın evlənmək təklifi qəbul etdiyini bildirib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR