İŞİD 5 jurnalistin başlarını kəsib

89223İslam Dövləti təşkilatı Liviyanın şərqində işləyən 5 telejurnalistin başlarını kəsərək qətlə yetirib.

Qafqaznews.az-ın AzadlıqRadiosuna istinadən məlumatına görə, Liviya televiziyasının əməkdaşları ötən avqustdan bəri itkin sayılırdılar. Jurnalistlər Benqaziyə gedərkən yoxa çıxıblar. Onların yolu islamçıların nəzarətində olan Derna məntəqəsindən keçməli idi.

Jurnalistlərin cəsədləri Bayda şəhəri yaxınlığında, Yaşıl Dağ meşə massivində aşkar edilib.

4-ü liviyalı, biri misirli olan jurnalistlər Barqa telekanalında çalışırdılar. Bu telekanal şərqi Liviya üçün federalizmi dəstəkləyir.

Brüsseldə mənzillənmiş Beynəlxalq Jurnalistlər Federasiyası (International Federation of Journalists IFJ) qətllərdən sarsıldığını bildirib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR