Milli Məclis seks xidmətləri təklif edən saytları müzakirə edir

girl2“Bu cür saytların fəaliyyəti qadağan edilməlidir”.

Azərbaycanda pullu seks xidməti təklif edən saytlar fəaliyyət göstərir.

Qafqaznews.az ANS PRESS-ə istinadən xəbər verir ki, bunu millət vəkili Elmira Axundova parlamentin bugünkü iclasında çıxışında deyib.

O, həmçinin insanların xarici ölkələrdə muzdlu döyüşçü kimi cəlb olunması üçün xidmət göstərən saytların da olduğunu deyib.

“Bu cür saytların fəaliyyəti qadağan edilməlidir. Belə saytların respublikada fəaliyyətini və yayımını qadağan edəcək dəyişikliklər edilməlidir. Türkiyədə olduğu kimi bu cür saytların fəaliyyəti məhdudlaşdırılmalıdır”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR