Nazirin arvadı dəlixanadan qaçdı

1428122977Yunanıstan polisi dünən ölkənin keçmiş Müdafiə naziri Akis Tsoxadzopulosun psixiatriya xəstəxanasından qaçan həyat yoldaşı Viki Stamatini saxlayıb.

Axar.az xəbər verir ki, Stamati qaçdığı xəstəxananın yaxınlığında yerləşən kilsədən edilən anonim zəngdən sonra tutulub.

Qadın Attika polis bölməsinə aparılıb və üzərində psixiatrik ekspertiza aparılacaq.

Qeyd edək ki, Viki Stamati 2013-cü ildə ərinin maliyyə cinayətlərindəki iştirakına görə, 12 il müddətinə azadlıqdan məhrum edilmişdi.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR