Neft-qaz sənayesi işçiləri həmkarlar komitəsinin sədri öz acizliyini etiraf edir ?

Cahangir-Aliyev-110107-big1“Bahar Energy” əməliyyat şirkəti 1000 nəfər işçini ixtisara salmağa hazırlaşır. Sex rəislərindən ixtisara düşən işçilərin siyahısı tələb olunur. Siyahı verməyən rəislərin özünü ixtisarla təhdid edirlər.
“Bahar Energy” şirkəti “Bahar” və “Qum adaları” neft yataqlarında kəşfiyyat üzrə operatordur. 16 il əvvəl şirkət SOCAR-la müvafiq müqavilə imzalayıb.
Hazırda şirkətdə 100-dən artıq işçinin ixtisara düşməsindən söhbət gedir.
Məlumat üçün bildirək ki, “Bahar energy” neft şirkətindən işdən çıxarılan 40 yaşlı Kövsərov Etibar Nadir oğlu iş tapmadığı üçün intihar edib. (virtualaz.org)
Qeyd edək ki, şirkətdə ilk ixtisarlar 13 oktyabr 2011-ci ildə başlayıb və 210 nəfər işçi ixtisara düşüb.
Onda şirkətin 50 nəfər işçisi neft-qaz sənayesi həmkarlar komitəsinin binası qarşısında aksiya keçirib. Aksiya iştirakçılarından biri Faiq Abbasov bildirib ki: “ İxtisara düşənlər arasında uzun illik stajı olanlar, müddətsiz əmək müqaviləsi olanlar da var. “Qum adası” bu şirkətə veriləndə bizimlə müddətli əmək müqaviləsi bağladılar və bizə şifahi şəkildə söz verdilər ki, müqavilənin müddəti uzadılacaq. Ancaq bizi işdən çıxardılar. Həmkarlar ittifaqı isə bizim pozulmuş hüquqlarımızı qorumur”.
Həmkarlar ittifaqının sədri Cahangir Əliyev əmək məzuniyyətində olduğu üçün onun müavini Fətulla Fətullayev bildirib kİ, fəhlələrin şikayətini qəbul etmişik və yaxın vaxtlarda tədbir görüləcək. (mediaforum.az).
Neft-qaz sənayesi işçilərinin Respublika həmkarlar komitəsinin məsələ ilə bağlı münasibətini öyrənmək qərarına gəldik.
Komitənin sədri Cahangir Əliyev Qafqaz Xəbər Agentliyinə (qafqaznews.org) bildirdi ki: “ Biz nə edə bilərik ki..? Biz şirkətin rəhbərliyinə məktub göndərmişik”.
Komitə sədri onu da qeyd elədi ki, bu gün bütün dünyada optimallaşdırma prosesi gedir, ixtisarlar olunur: “Mən də istəmərəm ixtisarlar olsun. Amma nə edə bilərik..?”.
Müxbirimizin “ Qayda üzrə belə məsələlərdə həmkarlar tətil elan edir” fikrinə Cahangir Əliyev belə münasibət bildirdi: “ Tətil keçirmək üçün tətil fondu yaradılmalıdır. Ki, tətil günlərində fəhlələr bu fonddan əmək haqqı alsınlar. Ancaq bizim belə bir imkanımız yoxdur. Çünki fəhlələr ancaq əmək haqqlarının 1 faizini həmkarların hesabına keçirirlər”. MIRVARI-QEHREMANLI212.01.2012
Neftçilərin hüquqlarını müdafiə komitəsinin sədri Mirvari Qəhrəmanlı isə Qafqaz Xəbər Agentliyinə (qafqaznews.org) bildirib ki: “ Əgər Cahangir Əliyev bir tikə çörəkdən məhrum edilən fəhlənin hüququnu qoruya bilmirsə, istefa versin”.
Qəhrəmanlı onu da bildirib ki, Həmkarlar Komitəsinin işi şirkətə müraciət yazmaq deyil: “ Cahangir Əliyev deyir ki, fəhlələr əmək haqqının 1 faizini həmkarların hesabına keçirdiyi üçün tətil fondu yarada bilmir. Amma 1 faizin hesabına Cahangir Əliyev və digər rəhbər işçilər özlərinə gözəl şərait yaradıblar. Ancaq fəhlələr işdən bayıra atılanda Cahangir Əliyev heç nə bacarmır”.

Rəşad Rüstəmov

Qafqaz Xəbər Agentliyi (qafqaznews.org)

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR