Prezident ona meyvə atana ev verdi-VIDEO

88168Meyvəni isə yeməyə söz verdi

Venesuela prezidenti Nikolas Maduro ona manqo atan qadına ev verib.

ANS PRESS-in məlumatına görə, bu barədə The Guardian yazır.

Məsələ burasındadır ki, qadın atdığı manqonun üstündə prezidentə məktub yazıb və yaşadığı pis vəziyyətdən şikayət edib.

Vəziyyətlə əlaqədar prezidentin açıqlaması da maraqlı olub. O bildirib ki, qadın prezident sarayına çağrılanda qorxuya düşüb.

“Marleni Olivonun evlə bağlı problemi olub. Biz onu çağırdıq. Qadın əvvəlcə çox qorxub və eşitdiklərinə inanmayıb. Marleni Venesuelanın böyük yaşayış missiyası çərçivəsində ev verilməsinə razılıq vermişəm”- deyə Maduro bildirib.

Bundan əlavə prezident ona atılan meyvəni yeyəcəyinə də söz verib.

3ea0fb237d3260b133690a8804893df8

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR