Putin Koreyalı gözəl ilə birlikdə ilin adamı seçildi

108181ABŞ-ın “Time” jurnalı 2014-cü ilin nüfuzlu şəxslərinin adını açıqlayıb

İstifadəçilərin səsverməsi nəticəsində formalaşan siyahıya “ÇL” ləqəbi ilə məşhur olan Cənubi Koreyanın “2NE1” pop-qrupunun ifaçısı Li Çe Rin (Lee Chae-rin) və Rusiya lideri Vladimir Putin başçılıq edir.
Yuxarıda adı çəkilən məşhurların hər ikisi istifadəçilərin 6,9 faizinin səsini toplayıb.
Siyahıda üçüncü yeri Ledi Qaqa (Lady Gaga) tutub. O, 2,6 faiz səs toplayıb. Reytinqin digər bütün iştirakçıları 2 faizdən az səs yığıblar.
Məsələn Roma papası Fransisk siyahıda 9-cu, Barak Obama 11-ci (müvafiq olaraq 1,5 və 1,4 faiz səs toplayıb) yeri tutub.
Reytinqdə həmçinin Suriya prezidenti Bəşər Əsəd, Almaniya kansleri Angela Merkel, Şimali Koreya lideri və digər nüfuzlu liderlər də var.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR