Putin söz verdi

91279_res_01Rusiya Prezidenti Vladimir Putin FİFA və bütün futbol həvəskarlarının 2018-ci il dünya çempionatı ilə bağlı ümidlərini boşa çıxartmayacağına dair söz verib.
Rusiya lideri bu haqda ali futbol qurumunun prezidenti Yozef Blatterlə görüşündə deyib.
Putin bildirib ki, hazırda Rusiya qarşısında 2018-ci il dünya çempionatını keçirmək kimi böyük vəzifə var: “Komandamızın necə çıxış edəcəyini deyə bilmərəm, bu, mütəxəssislərin işidir, lakin çempionata hazırlıq hakimiyyətin vəzifəsidir. Rusiyada çoxlu inzibati qərarlar qəbul edilir, lakin hazırlıq işləri də bir o qədər vacibdir. İşə fəal başlamışıq. Hər şey plan üzrə gedir və bildiyiniz kimi, sizi daim bu barədə məlumatlandırırıq” (ANS PRESS).

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR