Ronaldo topu azarkeşə vurdu, sonra isə…- Video

93877Çempionlar Liqasının ¼ final mərhələsində baş tutan “Real” “Atletiko” oyunundan öncə maraqlı hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, meydan sahiblərinin portuqaliyalı ulduzu Kriştiano Ronaldo isinmə hərəkətləri zamanı istəməyərək topu tribunada əyləşən balaca bir fanatın üzünə vurub.

Bu hərəkətindən sonra üzülən Ronaldo komanda soyunub-geyinmə otağına yollanarkən azarkeşin yanına gəlib. Ulduz futbolçu formasını balaca tərəfdara bağışlayaraq üzr istəyib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR