Səlim Müslümov bir Hacıqabula boylansaydı…

1429681471_vƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində olan yerli sosial müdafiə mərkəzlərinin bir çoxunda illərdir yığılıb qalan problemlər hələ də həllini gözləyir. Vətəndaşlar da hazırki durumdan olduqca narazıdır. Dövlət bu sahəyə son 5 ildə yüksək səviyyədə maddi yardım göstərsə də, yoxsulluğun qarşısını almaq məqsədilə proqramlar qəbul edilsə də, bu gün bəzi idarələrdə vəziyyət o yerə çatıb ki, burada vətəndaşların şikayətlərinə baxılmır, onlar get-gələ salınırlar.

DSMF-nun şəhər və rayon şöbələrində vəziyyət heç də ürəkaçan səviyyədə deyil. Belə ki, bəzi vəzifəli şəxslər vətəndaşlar hüquqlarını bilmədiklərinə görə onlardan sui-istifadə edirlər. Vətəndaşları süründürməçiliyə məruz qoyur və onların hüquqlarını pozurlar. Buna misal olaraq DSMF-nun Hacıqabul rayon şöbəsində baş verən qanunsuzluqları diqqətinizə çatdırırıq. Belə ki, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) bəzi şöbələrində vətəndaşların incidilməsi artıq adi hala çevrilib. Fondun Hacıqabul Rayon Şöbəsində bir sıra ciddi nöqsanlar mövcud olduğundan rayon camaatı sözügedən idarənin rəhbərindən gileylənir. Redaksiyamıza daxil olan məlumatlara görə, şöbənin müdiri Anar Əhmədov işinin öhdəsindən layiqincə gələ bilmədiyindən rayon sakinləri müavinət alarkən süni əngəllərlə qarşılaşmalı olurlar. Heç bir səbəb olmadan rayon sakinlərini incidirlər, süründürməçiliyə məruz qoyurlar. Artıq sözügedən rayonda sakinlər həmin qurumun fəaliyyətindən cana yığılıb. Vətəndaşların quruma olan inamı sarsılıb. Şöbə müdiri vəzifəyə gələndən maraqlarını təmin edir. Qanunazidd əməllərlə dövlət büdcəsinə ziyan vurur. Rayonda demək olar ki, təqaüd almayan adam azdır. Rəhbərliyin şərtlərinə əməl etdinsə, təqaüd alanlar sırasında olursan.

Bir qrup rayon sakininin redaksiyamıza verdiyi məlumata görə mərkəzdə vətəndaşlara arayışların verilməsi bilərəkdən geçikdirilir, pensiya sahiblərinə məxsus kartlar şöbədə saxlanılır.Təbii ki, bütün baş verən süründürməçiliklərin,qanunsuzluqların əsas səbəbi rüşvətdir. Rüşvət verməyən vətəndaşa lazımi sənədlər müxtəlif bənahələrlə verilmir.

Məlumatlı mənbənin məlumatında o da vurğulanır ki, fond rəhbəri haqqında ölkə başçısına şikayət edən müavinətçilər Anar Əhmədov tərəfindən təyziqlərə məruz qalırlar. O həmin şəxsləri basqı altında saxlayır. Mənbə Əhmədovla bağlı verdiyi məlumatda onu da bildirdi ki, bütün sənədləri təqaüd almağa hazır olan insanlardan nəsə qoparmayınca işləri həyata keçirmir. Biri təqaüdə çıxan zaman iş fəaliyyətini daha çox yazdırmaq istəyirsə, o zaman şöbə müdirini xüsusi olaraq görməlidir.

Bizə verilən məlumata görə, şöbə müdiri vətəndaşlarla kobud rəftar edir. Əksər vaxtlarda problemli vətəndaşları qəbul etmir.

vertikal.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR