Türkiyədə hərbi hissədə yanğın

36127Türkiyənin İstanbul şəhərindəki hərbi hissələrdən birində yanğın baş verib.
Regiongencleri.az yerli mətbuata istinadən verdiyi məlumata görə, hadisə İstanbulun Üsküdar rayonundakı “Səlimiyə” hərbi hissəsində meydana gəlib.
Naməlum səbəbdən baş vermiş yanğının söndürülməsi üçün hadisə yerinə çox sayda yanğınsöndürmə briqadaları cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam edir.
Qeyd edək ki, Türkiyənin 1-ci ordusu “Səlimiyə” hərbi hissəsində yerləşir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR