Uşaq canlı yayımda Putini belə güldürdü-VİDEO

img1792278Rusiya prezidenti Vladimir Putinə canlı yayımda növbəti dəfə maraqlı sualla qarşılaşıb.

ANS PRESS-in məlumatına görə, Nalçik şəhərindən bir uşaq video vasitəsilə Putinin keçirdiyi ənənəvi vanlı yayıma bağlanıb.

Balaca oğlan Putinin nə qədər yatdığını soruşub və prezident olmaq istədiyini deyib: “Amma yatmağı çox sevirəm”.
Putin isə uşağa belə cavab verib: “Bu yaxşı haldır. Sən yatmağı sevirsən, deməli sağlam prezident olacaqsan”.
Bununla da Rusiya prezidenti gün ərzində nə qədər yatdığını gizlədib.
Qeyd edək ki, Vladimir Putin ənənəvi canlı yayımda jurnalist və sadə vətəndaşların suallarını cavablandırıb. Canlı yayım 4 saatdan çox davam edib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR