250 pilot istefa verdi

94689Misirin rəsmi aviaşirkəti “Egyptair”da 250 pilot istefa verib.

“Qafqazinfo” sabah qəzetinə istinadən xəbər verir ki, Misir Pilotlar Birliyinin sədri Şərif Minavi bu gün 250 pilotun toplu şəkildə istefa verdiyini bildirib.

İstefa səbəbi kimi idarəçilikdə ədalətsizliyin olması göstərilir. Verilən məlumata görə, dünya ölkələrində hər pilotların il ərzində nəvaciblərində 5 faiz artım olur. Misir dövlətində bu artım tətbiq edilmir.

Qeyd edək ki, Misir Hava Yolları 65 ölkəyə 81 təyyarə ilə sərnişin daşıyır, toplam 800 pilot çalışır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR