Avropa Oyunlarının məşəli Yevlaxa gətirildi

1Məşəlin qarşılanma mərasimi konsert proqramı ilə davam etdirilib.

Avropa Oyunlarının məşəli Tərtərdən sonra Yevlax şəhərinə gətirilib.

Qafqaznews.az xəbər verir ki, apa-nın Qarabağ bürosunun məlumatına görə, məşəli Oyunların rəmzi qapısında sambo üzrə üçqat Azərbaycan çempionu Aslan Mirzəyev qəbul edib.

Ardınca 10 nəfər rayon sakini estafetə qoşulub və onlar məşəli bir-birinə ötürməklə, Heydər Əliyev prospekti ilə 2 min 750 metrlik məsafədə daşıyıblar. Yürüş ümummilli liderin heykəli önündə başa çatıb.

Sonuncu məşəlçi Yeni Azərbaycan Partiyasının Yevlax rayon təşkilatının gənclər birliyinin sədri Ariz Mikayılov çırağı yandırıb və yevlaxlılara təqdim olunub.

Məşəlin qarşılanma mərasimi konsert proqramı ilə davam etdirilib.

Yevlaxdan sonra məşəl Bərdə səyahətinə yollanıb. Burada alov festivalı da nəzərdə tutulub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR