Bayrağımız Nyu-Yorkda (FOTO)

91041Azərbaycan nümayəndə heyəti Türk Günü yürüşündə iştirak edib

Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində ənənəvi Türk Günü yürüşü keçirilib.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) katibliyindən ANS PRESS-ə verilən məlumata görə, TDƏŞ-in baş katibi Ramil Həsənov, Türkiyənin Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi Halit Çevik və bu ölkənin Nyu-Yorkdakı baş konsulu Ertan Yalçın, o cümlədən Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistandan olan nümayəndələr yürüşə qatılıblar.

Tədbirdə Azərbaycan Nyu-York Assosiasiyasının üzvləri də iştirak ediblər. Yürüşdə iştirakçı tərəflərin, o cümlədən TDƏŞ-in bayrağı dalğalandırılıb, birlik, sülh və sabitlik çağırışları edilib.1823ba2fd96b 5928f496959f 91041 c04e2df0dac6 d2943d2fe97b e810332606fc 5d872daa8d1b 6cd763dc7460 8f93fd3f0ad4

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR