Finalın adı müəyyənləşdi: “Barselona” -“Yuventus”

ed6dfc089414Çempionlar Liqasında yarımfinal mərhəlsinə yekun vurulub.

ANS PRESS-in məlumatına görə, bu gecə baş tutan matçda ikinci finalçı müəyyənləşib.

Gecənin yeganə oyununda “Real” “Yuventus”u qəbul edib. Oyun 1:1 hesabı ilə başa çatıb. Beləliklə ilk oyunda 2:1 hesablı qələbə qazanan “Yuventus” finala çıхıb. Turin klubu iyunun 6-da Berlindəki Olimpiya stadionunda keçiriləcək finalda “Barselona” ilə qarşılaşacaq.

Qeyd edək ki, “Yuentus” 12 ildən sonra finala çıхıb. Turin klubu sonuncu dəfə 2003-cü ildə finala çıхmış və penalti seriyasında “Milan”a uduzmuşdu.

Çempionlar Liqası
1/2 final
Cavab oyunu

13 may
Real (İspaniya) – Yuventus (İtaliya) 1:1
Qollar: Kriştiano Ronaldo, 23-pen – Alvaro Morata, 57.
İlk oyun – 1:2.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR