Fransanın “Areva” şirkəti 6500-7000 min iş yerini ixtisar edəcək

14313179754176013979_750x500Parisdə yerləşən “Areva” şirkəti ötən il keçirdiyi iqtisadi böhran nəticəsində 5 milyrad avro zərərə düşdüyünə görə iş yerlərində kütləvi ixtisarlar aparmağı qərara alıb.

2001-ci ildə əsası qoyulmuş şirkətin dünyada 44 min işçisindən 30 mini Fransada fəaliyyət göstərir. Maliyyə böhranından çıxış yolunu iş yerlərinin ixtisarında görən şirkət müxtəlif ölkələrdə 2500-3000, Fransada isə 4000 iş yerinin ixtisar ediləcəyini bildirib.

Şirkət rəsmiləri bu ixtisarlar sayəsində hər il 1,7 milyard əlavə vəsait əldə edəcəyini proqnozlaşdırırlar.Azertac

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR